“Türkiyə haqlı davasında olduğu kimi torpaqlarını işğaldan azad edəndən sonra da Qarabağın bərpa və quruculuğunda da Azərbaycanın yanındadır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin “Cümhuriyyət Bayramı”nda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
“Türkiyə bütün imkanları ilə hər sahədə ən öndə olan ölkədir. Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür. Beynəlxalq aləmdə tayı olmayan qardaşlığı isə sarsılmazdır. Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, kədəri kədərimizdir”,-deyə Bağçı qeyd edib.
Səfir bildirib ki, bu sülh və sabitlikdən sadəcə bölgə ölkələri deyil, bütün dünya qazanclı çıxacaq:
“Sabitlik və təhlükəsizliyin bölgəmiz, ölkəmiz və qonşularımız üçün çox əhəmiyyətli olduğuna inanırıq”.
O, bildirib ki, artıq beynəlxalq qurumların təmin edə bilmədiyi ədalət və təhlükəsizlik təmin edilib, Qafqazda qanayan bir yara qapanıb, bölgədə davamlı sülh üçün fürsət yaranıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:39 / 29.10.2022
“Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür” - Cahit Bağçı
Hazırda oxunan: “Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür” - Cahit Bağçı
Hazırda oxunan: “Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür” - Cahit Bağçı
101838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.