QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Bərdə terroru ilə bağlı BƏYANAT - FOTO 

Hazırda oxunan: QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Bərdə terroru ilə bağlı BƏYANAT - FOTO 

101695

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Ermənistanın Vətən Müharibəsi zamanı Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Şəhidlərin xatirəsini anmaq üçün terror hasisəsinin baş verdiyi küçəyə gedərək, əraziyə gül dəstələri düzüblər.

Sonra Rayon Mədəniyyət Mərkəzində konftans keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bərdə terrorunun qurbanları anıldı – FOTO 


Çıxış edənlər baş vermiş terror hadisələrini pisləyərək, bu sahədə bütün beynəlxalq təşkilatlara haqq səsimizin çatdırılması istiqamətində QHT-ləri aktiv olmağa səsləyiblər. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Konfransın yekunu olaraq iştirakçılar adından bəyanat səsləndirilib.

“Biz, “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfransın iştirakçıları, Bərdə rayonu ərazisində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin qurbanlarının əziz xatirələrini dərin hüznlə yad edir, 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirir və beynəlxalq ictimaiyyətdən, eləcə də beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik”, - deyə bəyanatda bildirilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin