“Azərbaycanın xarici siyasəti etnik zəmində qurulmur” – Fərid Şəfiyev

Hazırda oxunan: “Azərbaycanın xarici siyasəti etnik zəmində qurulmur” – Fərid Şəfiyev

101308

“Böyük Britaniyanın xarici siyasəti hansısa bir hindli və yaxud britaniyalı tərəfindən dəyişdirilə bilməz”.

Bu fikri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bizim.Media-nın “Böyük Britaniyanın yeni baş naziri Rişi Sunakın hind kökənli olmasının ölkələrimiz arasında yeni siyasi reallıq yarada bilərmi?” sualını cavablandırarkən səsləndirib.

O, bildirib ki, geosiyasi güclərin siyasəti bir şəxsin istəyinə görə dəyişmir:

“Belə düşünənlər yanılırlar. Britaniyanın siyasəti illər boyu deyil, əsrlər boyu işlənib, hazırlanıb və icra olunur. Onu hansısa fərd əsla, dəyişə bilməz”.

Fərid Şəfiyev onu da əlavə etdi ki, “düzdür, Hindistanla aramızda müəyyən bir problemlər var:

“Amma bunu süni şəkildə düşmənçiliyə çevirmək düzgün deyil. Bu cür yanaşmalar zərərli fikirlərdən qaynaqlanır. Onu da əlavə edim ki, Azərbaycanın xarici siyasəti hər zaman dövləti maraqlar üzərində formalaşıb. Və xarici siyasət heç zaman etnik zəmində qurulmur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin