Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.
Bizim.Media xəbər verir ki, sənədə əsasən, razılığa gələn tərəflərdən birinin diplomatik nümayəndəliklərinin, konsulluqlarının və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin digər razılığa gələn tərəfdə və ya razılığa gələn tərəfin ərazisində təsis edilmiş beynəlxalq təşkilatda rəsmi akkreditə olunmuş üzvlərini müşayiət edən şəxslərə, bu sazişə əsasən, qəbul edilən dövlətdə və müşayiət etdikləri şəxslər eyni evdə yaşadıqları təqdirdə, qarşılıqlı şəkildə qəbul edən dövlətdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə veriləcək.
Qəbul edən dövlətin müəyyən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı milli qanunvericiliyi qorunub saxlanılır.
Müşayiət edən şəxslər dedikdə aşağıdakılar nəzərdə tutulur:
- diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünün xüsusi yaşama ərizəsinə malik nigahda olduğu həyat yoldaşı;
- diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünün qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq xüsusi yaşama icazəsi olan 25 yaşına çatmamış subay uşaqları, həmin uşaqlar 21 yaşına çatmamış diplomatik nümayəndəliklərin, konsulluqların və ya daimi nümayəndəliklərin üzvünün rəsmi səlahiyyətli müşayiət edən şəxs qismində qəbul edən dövlətə daxil olduqda və ya
- diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünü müşayiət edən, qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq xüsusi yaşama icazəsi olan hər hansı şəxsə qəbul edən dövlət özünün qüvvədə olan daxili qaydalarına əsasən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa icazə verilə bilər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:39 / 26.10.2022
Azərbaycan və İsveçrədə diplomatların ailə üzvlərinin qarşılıqlı işləmək qaydası müəyyənləşdi
Hazırda oxunan: Azərbaycan və İsveçrədə diplomatların ailə üzvlərinin qarşılıqlı işləmək qaydası müəyyənləşdi
Hazırda oxunan: Azərbaycan və İsveçrədə diplomatların ailə üzvlərinin qarşılıqlı işləmək qaydası müəyyənləşdi
101287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.