44 günlük savaşdan aylar keçsə də dünyanın tanınmış KİV-ləri Azərbaycan Ordusunun təcrübəsindən materiallar hazırlayır.
Bizim.Media xəbər verir ki, Azərbaycanın möhtəşəm qələbəsi haqqında növbəti yazı “Newsweek” jurnalında dərc olunub.
MÖVZU İLƏ BAĞLI:
İngiltərə Azərbaycanın hərbi uğurundan sonra PUA-ları artırır
Məqalədə qeyd olunub ki, 44 günlük savaşda Azərbaycanın dronlardan istifadə etməsi Qarabağın gələcəyini müəyyənləşdirdi və bu texnologiyanın necə böyük potensiala sahib olmasını göstərdi.
Nəşrin yazdığına görə, II Qarabağ müharibəsində dronların istifadə olunması Yaxın Şərqdə silahlanma yarışına gətirə bilər.
Nüfuzlu Amerika jurnalı həmçinin vurğulayıb ki, Qarabağda döyüşlərin gedişatını dəyişən digər vacib amil Türkiyənin pilotsuz uçuş aparatları olub.
Yazıda o da bildirilib ki, bütün bunlara görə, Co Bayden adminstarasiyası PUA-dan müdafiə texnologiyalarına investisiya yatırmaq məcburiyyətində qalacaq.
Bizim.Media