Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri, millət vəkilliyinə namizəd Ülkər Musazadə əhali ilə görüşləri davam etdirir.
Namizəd xanımın apardığı görüşlərdən də göründüyü kimi, görüşlərin çoxu rayonun yaşlı təbəqəsi ilə aparılır. Yaşlı təbəqəyə ayrılan xüsusi diqqət bu gün Ülkər Musazadənin ünvanına səslənən hər dildən bir dua idi. Böyüklərin, yaşlıların xeyir - duası ilə işə başlayıb, onların problemləri ilə yaxından maraqlanan Ülkər xanım Musazadə bu görüşlərin ənənə halını alacağını onlara söz verdi.
Hər bir yaşlı insanla fərdi qaydada, ayrı-ayrı ilgilənən xanım namizəd onlara illərdir itirdikləri inamı tapmağa yardımçı oldu. Qocaların da dediyi kimi illərdir səs verməyə belə getməyən insanların üzündə bu gün sevinc vardı. Ülkər xanımın sözlərindən sonra yenidən səsvermə prosesinə inanmağa başlayan, yenidən haqqa, ədalətə ümid etməyə başlayan yaşlı təbəqə bu gün hər bir probleminin həllini bu gənc və aktiv xanımda görürdü.
Özü də Xətai rayonunun sakini olan Ülkər Xanım özünü bu gün bir millət vəkilliyinə namizəd olub, həmin rayondakı görüşləri özü üçün iş çərçivəsində gərəkən bir proses kimi görmür. Hər bir görüşdən bəlli olur ki, Ülkər xanım xalqına bağlı bir insandır. Özü də Xətai rayonunda böyüyüyb başa çatdığından hər bir sakinlə öz dilində danışmağı məharətlə bacarır. İllərdir onların problemlərini görən, onların psixologiyasını mənimsəyən gənc xanım namizədlər arasında yeganə bu keyfiyyətlərə malik olandır desək də yanılmarıq. Bütün bunlarla yanaşı etiraf edək ki, bu gün Xətai rayonundakı abu-havadan da göründüyü kimi, bura bu gün mütləq sürətdə bir problemi dövlətin yox, sakinin yox, seçicinin yox məhz özünün hesab edib, ona yetəri qayğı göstərə biləcək qadın namizəd gərəkir.
Burada Ülkər xanımın dəfələrlə öz çıxışlarında bildirdiyi fikrləri səsləndirmək yerinə düşərdi:
“Mən Xətaidəki mövcud problemləri həll etməklə dövlətimə dəstək, millətimə xidmət göstərməyi qarşıma məqsəd qoymuşam. Hər kim, “qutudan filankəs çıxacaq”x9d desə də, mən mənim dövlətimdəki haqqa və ədalətə inanıram. Bu gün dövlət rəhbərliyinin siyasi xətti reformatorluğa meyillidir. Biz əgər Avropaya inteqrasiya prosesinə qoşulmuşuqsa, konsevatorluqdan imtina etməliyik! Bu gün bərabərhüquqlu və balanslaşdırılmış siyasəti öz çiyinlərində yaşlı təbəqə aparmaq iqtidarında deyil. Texnologiya əsrində yaşadığımızı nəzərə alsaq, bu gün Azərbaycanın da bu əsrə uyğunlaşa bilməsi üçün gənc kadrlara ehtiyacı var! Yaşlılara hər zaman hörmət və izzət olunmalı, onlardan məsləhətçi kimi faydalanmalıdır. Amma qərarı gənc diplomat və siyasətçilərimiz verməlidir”x9d.



































































































