Qarabağda talana görə İrana təzminat davası açıla bilər – DEPUTAT

Hazırda oxunan: Qarabağda talana görə İrana təzminat davası açıla bilər – DEPUTAT

101099

İran son vaxtlar sözündə və hərəkətlərində sərhəd tanımır. Azərbaycana qarşı rəsmi səviyyədə iddialar və təxribatlar günbəgün artır. Belə vəziyyətdə, fars rejiminə “dur” deməkdən və onun başa düşəcəyi dildə danışmaqdan başqa yol qalmır. Çünki, İranın ölkəmizə qarşı təhdidlərinin məzmunu təzə olsa da məqsəd köhnədir.

Tarixən İran Azərbaycanın qüdrətlənməsini və regionda güc sahibinə çevrilməsini istəməyib. Və son vaxtlar bu niyyətini açıq şəkildə bildirir. Üstəlik, “düşmənimin düşməni mənim dostumdur” klassik üsulundan da istifadə edir. Məlumdur ki, son 30 ildə açıq-gizli şəkildə Ermənistanın təcəvüzünə dəstək verən İran son dönəmdə daha aktivləşib.

Təbii ki, bu vəziyyətdə Azərbaycan torpaqlarının son 30 ildə işğalı dövründə maddi və mənəvi sərvətlərimizin ermənilərlə birlikdə farsların da dağıtdığının araşdırılması və beynəlxalq hüququn predmetinə çevrilməsi günün tələbi kimi qarşıya çıxır.
Məsələ ilə bağlı millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov Bizim.Media-ya bildirdi ki, Qarabağda dağıntıların miqyası kifayət qədər böyükdür. Dəymiş ziyanın məbləği 100 milyard dollarla ifadə olunur.

Sözsüz ki, araşdırmaların aparılmasına ehtiyac var ki, həmin dağıntılarda və söküntülərdə daha hansı ölkələr içtirak edib.

Bu konteksdə İranla Ermənistan arasında ciddi bir yaxınlıq görürük. Xüsüsən də Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra İranın Ermənistanla münasibətləri daha da genişlənir. İran hər zaman Ermənistanın yanında olub”.

Millət vəkili onu da əlavə etdi ki, 30 illik işğal dövründə Azərbaycana dəymiş iqtisadi ziyanın dəqiqləşdirilməsində digər dövlətlərin də iştirakını araşdırmağa ciddi ehtiyac var:

“Bu mənada ərazilərimizdəki dağıntılarda İranın hansı dərəcədə iştirakçı olduğunu dəqiqləşdirmək vacibdir. Məhz bu araşdırmalardan sonra İranın dağıntılarda nə qədər iştirak etdiyini söyləmək olar. Amma bütün hallarda dağıntılarda digər dövlətlərin iştirakının dəqiqləşdirilməsi və beynəlxalq hüquqa uyğun olaraq onların öhdəliklərinin müəyyən edilməsi olduqca vacibdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin