Fransa Azərbaycana qarşı SANKSİYALARA hazırlaşır – Kim itirəcək? 

Hazırda oxunan: Fransa Azərbaycana qarşı SANKSİYALARA hazırlaşır – Kim itirəcək? 

101083

“Fransanın Azərbaycana qarşı sərgilədiyi ədalətsiz mövqeyinə birinci dəfə deyil ki, şahidi oluruq. Hətta, II Qarabağ müharibəsi zamanı Fransa geniş şəkildə qondarma rejimin hüquqi statusunun tanımaq üçün geniş siyasi kampaniyaya da başlamışdı. Bu məsələ Fransa assambleyasının aşağı palatasına da çıxarıldı. Lakin, son anda Fransa dövləti bu məsələnin rəsmi şəkil almasını əngəllədi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Onun sözlərinə görə, Fransanın ölkəmizə qarşı məkirli və ədalətsiz mövqeyi indi də davam edir:

“Ermənistan kimi işğalçı dövləti dəstəkləyən Fransa bütün mövcud olan beynəlxalq hüququn norma və prinsiplərini tapdalamış olur. İşğalçını dəstəkləyən dövlət onunla eyni səviyyədə məsuliyyət daşıyır. Dünyaya demokratiya dərsi keçən və ümumbəşəri insan hüquqlarından bəhs edən Fransa çox güman ki, Xocalı, Edilli və digər erməni vəhşiliklərini xatırlamır. Əlcəzair, Ruanda, Efiopiya və digər ölkələrin tarixində qanlı izlər buraxan Fransadan məhz elə bu münasibəti gözləmək olardı”.
 

MÖVZU İLƏ BAĞLI:

Bu qış Fransanı SOYUQ FƏLAKƏT gözləyir – Makronun erməni siyasətinin BƏDƏLİ


​​​​​​​Politoloq qeyd edib ki, Praqa görüşündə ciddi cəhdlə Azərbaycana da mülkü missiya göndərmək istəyən Fransanın cəhdləri boşa çıxıb:

“Sonradan məlum oldu ki, Fransanın bu görüşdə iştirakı yalnız Azərbaycanın rəsmi razılığından sonra mümkün olub. Görüşdə heç bir siyasi bəyanat verə bilməyən və siyasi dividend əldə edə bilməyən Fransa sonda Azərbaycana qarşı qara PR-a başladı, Azərbaycanı təcavüzkar adlandıraraq Qarabağı işğal etməkdə günahlandırdı. Ermənilərin hüquqlarının pozulmasından danışan Fransa prezidenti hətta, Qarabağı Ermənistanın ürəyi də adlandırdı.

Ölkə başçısı tərəfindən Fransanın bu mövqeyniə qarşı sərt cavabb verildi. Qəti olaraq bildirildi ki, artıq bundan sonra Fransanın bölgə üzrə bağlı hansısa məslələlərin müzakirəsində iştirakı mümükn olmayacaq. Fransa öz addımları ilə nəinki özünü eləcə də Aİ, NATO və Avropadakı digər təşkilatların da siyasi imicinə xələl gətirdi. Fransa indi də noyabrda Azərbaycan qarşı hansısa sanksiya haqqında qətnamənin qəbul olunmasını planlaşdırır. BMT TŞ-da qətnamə qəbul etdirə bilməyən Fransa yenə də uğursuz bir yola əl atıb”.

Amid Əliyevin fikrincə, Fransa parlamenti tərəfindən ölkəmizə qətnamə qəbul edilsə belə, Azərbaycan bundan heç nə itirməyəcək:

“Çünki, artıq Azərbaycanın Avroməkanda yetərli sayda tərəfdaşları var. Azərbaycan Aİ və NATO üzvlərinin bəzilərinin enerji təminatçısı rolunda uğurla çıxış edir. Bu olduqca vacib məqamdır. Enerji təhlükəsizliyi Aİ ölkələri üçün milli təhlükəsizlik siyasəti anlamında başa düşülür. Belə olan halda Fransanın qəbul edəcəyi sanksiya yalnız və yalnız Azərbaycanla Fransa arasındakı diplomatik münasibətlərə zərər gətirə bilər. Qoy bunu Fransa dövləti, siyasi esteblişmenti və cəmiyyəti düşünsün”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin