Az TV-dən sonra ARB-dən İrana tərs sillə - VİDEO  

Hazırda oxunan: Az TV-dən sonra ARB-dən İrana tərs sillə - VİDEO  

101045

Tehran tələsdi. Tələsib İrəvanın qulağına pıçıldadı ki, Zəngilan hava limanının açıldığı gün biz də nəsə açaq. Dedilər və açdılar. Hicri  ilə Miladini tutuşdura bilmədiklərinə görə gecikib suvağı qurumamış binaya sığındılar.

Bizim.Media xəbər verir ki, bu barədə "ARB 24"də yayımlanan xəbərlər proqramındakı "İslam respublikasının dinsiz siyasəti: Bakıya savaş, İrəvana qardaşlıq mesajı" başlıqlı süjetində bildirilib.

Qeyd edilib ki, 3-ü İrandan, 3-ü ermənistandan olan 6 rəngdə şar tapıb dirəyə bağladılar. İçinə qaz vurub qazlı-qazlı danışdılar. "erməni xalqı ilə qardaşıq" deyib “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” söylədilər.

Dedilər ki, qafanlılar rahat olsun, artıq biz burdayıq. Belə konsulluğun birini də Təbrizdə açaq dedilər. Deyilən sağlığa bir salavat zikr edib İrəvana yollandılar. Burdakı qaz havadan daha yüngül idi.
İranın xarici məsələlərə baxan naziri “bismillah” edib başladı ki, biz Ermənistanla sərhədimizdə hər hansı maneə istəmirik və buna yol vermərik. Maneə dedikləri Zəngəzur dəhlizinin maneə yox, tərəqqi olduğunu, bütün türk və müsəlman dünyasının bu dəhliz üçün çalışdığını bildiyi halda. Türkün istədiyini farsın istəməməsi normaldı, amma müsəlmanın istədiyini İSLAM respublikasının istəməməsi dinsizlik.

Bu, həmin İrandı ki, 30 ildə bir dəfə Azərbaycanın dərdini dilinə gətirmədi. Bir dəfə qarabağlılara üzünü tutub rahat olun, qayıdacaqsız demədi. Demədi ki, bu taydan o taya boylananda erməni əsarətində qalmış yurdunuz gözümüzdən yaş axıdır. Bu həmin İrandı ki, 44 gün zər atıb ulduzlardan müharibənin sonunu öyrənmək istədi. Axırının qardaşları üçün yaxşı bitməyəcəyini görəndə boğuq səslə fətva verdi.

İndi İran çalxalanır. İçəridən də, çöldən də. Çölündə olanlar bəllidi - Ermənistan və ermənistankimilər. İçindəkilər isə xalqdı. Azadlıq hayqıran xalq. O hayqırtının içində bir də Təbriz ləhcəsi eşidilir. Ərdəbil, Urmiya, Əhər ləhcəsi. Azərbaycandan cənubda yox! Cənubi Azərbaycanda!

Şuşada Sarıbaba dağı var. Bir əfsanədə deyilir ki, Sarıbaba ilə Təbrizdəki Heydərbaba qardaş olublar.

Baharın aydın havasında bu dağdan baxanda o dağ görünərmiş. Qardaşlar salamlaşar, dərdləşərmiş... Sarıbaba artıq azaddı. Azad qardaşına baxan Heydərbabanın ürəyindən nələr keçdiyini isə Güneyli-Quzeyli bütün Azərbaycan bilir.
İndi İranın ölüyə yasin, diriyə moizə oxuyan vaxtı deyil. Əmmaməsini başından götürüb qabağına qoyan vaxtıdı. Düşünmək üçün.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin