Paşinyan əhalini özünümüdafiə dəstələri yaratmağa çağırıb

Hazırda oxunan: Paşinyan əhalini özünümüdafiə dəstələri yaratmağa çağırıb

1010

Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı insanları müharibəyə səsləyib. Ermənistanın baş naziri  bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edərək,  özünümüdafiə dəstələrinin yaradılmasını tapşırıb. Paşinyan çıxışında qeyd edib ki, Qarabağ məsələsinin indi və bundan sonrakı üzun müddət ərzində sülh yolu ilə həlli mümkün deyil: "Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır"

Paşinyanın bu çağırışı artıq məğlubiyyətin açıq etirafıdır. Ermənistan ordusunun bütün gücünü itirdiyini anlayan Paşinyan son variant olaraq əhalini silahlandıraraq Azərbaycana qarşı vuruşmağa təhrik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin