“Dinamik inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, ticari, enerji, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı faydalı əməkdaşlığımız ilə müşayiət olunur”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Macarıstanın milli bayramı münasibətilə həmkarı xanım Katalin Novaka ünvanlandığı təbrik məktubunda qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyev Macarıstanlı həmkarına MƏKTUB ÜNVANLAYIB
Dövlət başçısı həmçinin qeyd edib:
“İnanıram ki, strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi, beynəlxalq strukturlar, xüsusilə də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.
Bizim.Media