“Qarabağ xanlığı irsinin tədqiq olunması tarixi həqiqətləri üzə çıxarır” – XİN səfiri 

Hazırda oxunan: “Qarabağ xanlığı irsinin tədqiq olunması tarixi həqiqətləri üzə çıxarır” – XİN səfiri 

100550

“Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan irsi tamamilə məhv edilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov UNESCO-nun baş qərargahında “Maddi mədəni irsin aşkarlanması və qorunmasında regional əməkdaşlıqın rolu” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O, bu baxımdan xarici muzeylərdə qorunmuş Qarabağ xanlığı irsinin dərindən tədqiq olunmasının tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan XİN-dən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına MÜNASİBƏT


“Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa İli” təşəbbüsü Qarabağ bölgəsi və xüsusilə Şuşa şəhərinin qədim tarixə malik Azərbaycan kimliyi haqqında elmi həqiqətlərin beynəlxalq səviyyədə tədqiqi və tanıdılmasına təkan vermiş oldu.

Məhz “Şuşa İli”ndə Heydər Əliyev Fondunun himayəsi ilə Qarabağ Xanlığının tarixinə aid 100 ildən çoxdur Tiflis arxivlərində gizli qalan zəngin kolleksiyanın nüfüzlu elmi nəşr halında işiq üzü görməsi və bu nəşrin ilk təqdimatının azad edilmiş Şuşada keçirilməsi dərin rəmzi məna daşıyır”.

E.İskəndərov gürcü alimlərinin bu istiqamətdə tədqiqatının bundan sonra da geniş tarixi və mədəni ictimayyətin diqqət mərkəzində olacağına əminliyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin