Ərdoğan Qarabağdan hansı mesajları verdi? – Təhlil

Hazırda oxunan: Ərdoğan Qarabağdan hansı mesajları verdi? – Təhlil

100476

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan növbəti dəfə Qarabağa gəldi. Türkiyə liderinin bu səfəri əlamətdar hadisələrlərlə yadda qaldı. Eyni zamanda səfər zamanı Türkiyə lideri bir sıra mühüm mesajlar verdi. 

Ermənilərin Qarabağda etdikləri Qərbin üz qarasıdır.

Ondan başlayaq ki, səfər tarixi əlamətdar günə seçilmişdi. Bildiyimiz kimi, məhz 20 oktyabr 2020-ci ildə Zəngilan erməni işğalından azad olunmuşdu. O, Zəngilan ki, on illər boyu sinəsində zəngin maddi - mənəvi sərvət toplamışdı. On minlərlə insanın yurd-yuvasına çevrilmişdi. Lakin, ermənilər 27 il müddətində Zəngilanda daşı-daş üstündə qoymamışdılar. Ermənilərin insanlığa sığmayan bu vəhşiliyini isə on illər boyu Qərb görməməzlikdən gəldi.

Təsadüfi deyil ki, Ərdoğan çıxışına bu məsələyə toxunmaqla başladı:
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağın regionun parlaq ulduzuna çevriləcəyinə inanıram" - Ərdoğan


“ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Qarabağ və digər bölgələri nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər”.

Ermənilərin Qarabağ və ətraf ərazilərdə törətdikləri Qərbin üz qarasıdır. Bu üz qarasını sivilizasiyadan gizlətmək üçün BMT, ATƏT və digər təşkilatlar işğalı on illər boyu uzatmaq istəyirdi. Lakin, mübariz Azərbaycan xalqı öz liderinin, ordusunun və qardaş Türkiyənin dəstəyi ilə bu biabırçılığa son verdi.

Təkcə Ermənistan yox, onun Qərbdəki havadarları də ədalət məhkəməsində cavab verməlidir.

Lakin, Qərb öz məğlubiyyəti ilə barışmaq istəmir. Yenə də müxtəlif yollarla regiona soxulmaq burda əldə olunacaq davamlı sülhə və dinc qonşuluq şəraitində inkişafa əngəl olmağa çalışır.

Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə regionda sülhə və inkişafa dəstək vermir, həm də Qərbin məkrini, pis niyyətini faş edir.

Təsadüfi deyil ki, Türkiyə lideri dünənki, çıxışında bu məsələyə xüsusi diqqət ayırdı: 

“Bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq”.

Bu isə artıq konkret iradədir, güc faktorudur. Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyi Qərbin ədalətsizliyinə təkcə etiraz etmir, həm də sivilizasiyanın gözündəki pərdəni qaldırır.

Demokratiya, insan haqları, ölkələrin ərazi bütövlüyü və digər humanitar prinsiplərin arxasında gizlənən Qərbin mahiyyətini dünyaya bəyan edir.  

İranın narahatçılığına əsas yoxdur.

Türkiyə lideri dünənki çıxışında təkcə Qərbə səslənmədi, həm də yaxın qonşulara öz mesajını verdi:

“Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”.

Bununla da Ərdoğan təkcə qonşu dövlətlərin narahatçılığına əsas olmadığını deməklə, bu dəhlizin region üçün nə qədər vacib olduğunu bir daha diqqətə çatdırdı.

Ermənilər həqiqəti görməli və dərk etməlidirlər.

Türkiyə Prezidenti həm də Ermənistanın siyasi hakimiyyətinə və erməni diasporuna da öz sözünü dedi. Sülhün nə qədər vacib olduğunu və onun gətirə biləcəyi böyük inkişafdan danışdı:

“Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşdırma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir. Açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır”.

Türkiyə hər məsələdə Azərbaycanın yanındadır.

Türkiyə liderinin bütün çıxışlarından bir qırmızı xətt keçirdi. Türkiyə hər zaman və əbədiyyən Azərbaycanın yanındadır.

“Bütün məsələlərdə o cümlədən, Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhərlər” olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır”.

Rəcəb Tayyub Ərdoğanın bu fikiləri isə hamıya və hər kəsə ünvanlanmış bir mesaj idi. Bu mesajdakı incə məqamsa ondan ibarətdir ki, Türkiyə Cənubi Qafqaza Qərbdən fərqli olaraq siyasi məqsədlər üçün deyil, regionun dirçəlişinə və inkişafına dəstək vermək üçün gəlib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin