“Əslində Cəbrayıl yoxdur, geriyə sadəcə dağıntılar qalıb” – Prezident erməni vandalizmindən DANIŞIB 

Hazırda oxunan: “Əslində Cəbrayıl yoxdur, geriyə sadəcə dağıntılar qalıb” – Prezident erməni vandalizmindən DANIŞIB 

100361

“Biz bütün keçmiş məcburi köçkünlərin qayıdışı üçün əlimizdən gələni edirik”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

“Bu gün bizim rəsmi tədbirimiz Cəbrayıl şəhərində keçirildi. Əslində Cəbrayıl şəhəri yoxdur. Burada oturduğumuz yerdə binalar olub, insanlar yaşayıb, həyat qaynayıb. Amma işğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər”, - Prezident əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Bugünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmlidir”


“Cəbrayıl şəhərindən bu dağılmış binalar qaldı və bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Görün onlarda Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər.

Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar. Qayıtmağa yer olmasın. Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, biz bunu Ağalı kəndinin timsalında görürük”, - deyə dövlət başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin