ATƏT-in regiona missiya göndərməsi absurd addımdır – TƏHLİL

Hazırda oxunan: ATƏT-in regiona missiya göndərməsi absurd addımdır – TƏHLİL

100318

ATƏT də Ermənistana missiya göndərir. Avropa İttifaqından sonra ATƏT-in də missiya göndərməsi ortaya maraqlı məqamlar çıxarır. 

Birinci məqam ondan ibarətdir ki, Qərb bütün vasitələrlə Cənubi Qafqazda itirdiyi mövqeyini geri qaytarmağa çalışır.

İkinci məqam odur ki, Qərb bu tip addımlarla Rusiyanı və Türkiyəni Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir.

Üçüncü məqamsa odur ki, Qərb onun iştirakı olmadan hər hansı bir sülh sazişinin imzalanmasına dözmək fikri olmadığını ortaya qoyur.

Bu tip missiyalar nəyə hesablanıb?

İlk öncə onu deyək ki, Qərb bu missiyaları göndərməklə Ermənistana arxa durmaq fikri yoxdur. Ermənistanın siyasi hakimiyyəti ABŞ və Aİ-nın əlində oyuncaqdır. Və bu oyuncağı istədiyi kimi əlində oynadan Qərb bütün fürsətlərdən  yararlanmağa çalışır. Çünki, üçüncü bir dövlətin və yaxud qurumun Ermənistan-Azərbaycan sərhəddinə gəlməsi üçün bu iki ölkədən birinin rəsmi müraciəti olmalıdır. Müstəqil siyasət yürüdən Azərbaycan bu mənada Qərbin işinə yaramır.

Onun-bunun qabağında quyruq bulamağı özünə sənət bilən Ermənistan hakimiyyəti üçünsə bu adi həyat tərzidir.
Bütün hallarda ATƏT-in hansı missiyasının bölgəyə gəlməsi Ermənistanla Azərbaycan arasında imzalanmalı olacaq sülh sazişini ləngidir. Rəsmi İrəvan da bunu qazanc bildiyi üçün bu tip missiyaların gəlişinə çalışır. Lakin, istənilən missiya regionda gedən prosesləri durdura bilmiyəcək.

Ona görə ki, ATƏT bir qurum kimi fəaliyyətsizliyini və lazımsızlığını dəfələrlə sübut edib. ATƏT-in Minsk qrupu  30 il müddətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə “çalışdı”. Amma problemi yenə də Azərbaycan xalqı və Azərbaycan dövləti öz iradəsi ilə birdəfəlik həll etdi. Eləcə də, bu təşkilat 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə “məşğul olub”. Nəticə göz qabağındadır. 8 aydır ki, qanlı müharibə davam edir.

Məsələli ilə bağlı politoloq Fərhad Məmmədovun da fikrini aldıq. Bizim.Media-ya açıqlamasında o, bildirdi ki, ATƏT-in missiyası əsasən texniki xarakter daşıyır. Bölgəyə ola bilsin ki, ATƏT-in Tiflisdəki ofisinin rəhbəri və bir iki mütəxəssisi gəlsin.

Bu da ATƏT-in sədrinin qərarı ilə mümkündür. Bu missiya qısa müddətli ola bilər. Çünki, ATƏT səviyyəsində daimi missiyanın formalaşdırılması qurumun daimi üzvlərinin razılığı ilə baş verə bilər.
Nəzərə alaq ki, Azərbaycanın orda veto hüququ var. Amma bütün hallarda bu missiya proseslərin normallaşmasına yox, ermənilərin istəyinə xidmət edir. Çünki, Ermənistan buna qədər də bir sıra missiyaları ölkəsinə çağırıb”.

Politoloq onu da əlavə etdi ki, ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətlərində diskursun Qarabağdan Ermənistan ərazisinə keçməsi bir trenddir:

“Bu da ərazi bütövlüyünü labüd eliyən bir məsələdir. Ona görə də düşünürəm ki, Ermənistan ərazisindən nə qədər çox söhbət getsə, biz o qədər tez sülh sazişinə yaxınlaşa bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin