"Qarabağdakı ermənilər müraciət etsə, dərhal reaksiya verəcəyik" - Ombudsman

Hazırda oxunan: "Qarabağdakı ermənilər müraciət etsə, dərhal reaksiya verəcəyik" - Ombudsman

100269

Bu günə qədər Ombudsman Aparatına Qarabağda yaşayan ermənilərdən heç bir müraciət daxil olmayıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, müraciət daxil olarsa, dərhal reaksiya verməyə hazırdılar. S. Əliyeva deyib ki, Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni edəcəyik:

"Onlar bizim vətəndaşlarımızdır. Biz hər bir vətəndaşımızın hüququnu müdafiə etdiyimiz kimi onların da hüquqlarını müdafiə edəcəyik".

Səbinə Əliyeva əlavə edib ki, bu gün Azərbaycanda 30 minə yaxın erməni əsilli şəxs yaşayır və Ombudsman Aparatının 20 illik fəaliyyəti dövründə mütəmadi olaraq onlar bu və ya digər problemləri ilə bağlı müraciət ediblər:
"Biz heç bir fərq qoymadan onların hüquqlarını müdafiə etmişik. O ki qaldı ermənilərin işğaldan azad edilmiş ərazilərimizə səfər etmək məsələsinə, bildiyiniz kimi ərazilərimiz minalarla zəhərlənib. 1 kv. metr ərazidə 8 mina tapılan yerlər var. Hazırda ərazilərimizin minalardan təmizlənməsi istiqamətində iş aparılır. O torpaqlara həyat qayıtdıqdan sonra regional idarələr yaranacaq və Ombudsman təsisatı da öz fəaliyyətini icra edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin