Məzahir Pənahovun hesablaşdığı mövqe

Hazırda oxunan: Məzahir Pənahovun hesablaşdığı mövqe

100226
“Biz həmişə ictimaiyyətin qəbul etdiyi mövqeyi əsas götürürük”x9d.

Moderator.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, kim harda nə deyir desin, ictimaiyyətin qəbul etdiyi mövqe daha vacibdir. M.Pənahov bildirib ki, seçki prosesində 10 minlərlə insan çalışır: "Heç kim hansısa nöqsanlardan sığortalanmayıb. Kimsə nədəsə səhlənkarlıq edirsə, onu ümumi, kütləvi bir hal konteksində çatdırmaq düzgün deyil"

MSK sədri əlavə edib ki, dairə seçki komissiyalarının üzvləri elə seçilməlidir ki, sənədləşdirmə zamanı onların buraxdıqları diqqətsizlik vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməsin: "Gələcəkdə maarifləndirmə işlərini gücləndirməliyik ki, belə hallar olmasın".

M.Pənahov bildirib ki, şikayətləri araşdırmaq üçün MSK üzvləri 24 saat çalışır: "Elə mübahisəli məqamlar olur ki, ictimaiyyətin dediyini qəbul etsək, hər şey qaydasında olur".

M.Pənahov bildirib ki, MSK işini qanunvericilik çərçivəsində qurur və edilən hər bir müraciətə ədalətli mövqedən yanaşır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin