Azərbaycan Xarici işlər nazirinin əmri ilə Ayxan Elxan oğlu Hacızadə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.
Bu barədə Bizim.Media-ya XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.
Xatırladaq ki, Ayxan Hacızadə 1981-ci ildə anadan olub.
O, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir.
MÖVZU İLƏ BAĞLI:
Leyla Abdullayeva Fransaya səfir təyin edildi - SƏRƏNCAM
A.Hacızadə xarici ölkələrdə bir sıra tədris proqramı və təlimlərdə iştirak edib, Corc Marşal adına Avropa Təhlükəsizlik Elmləri Mərkəzində Ali Təhlükəsizlik Proqramının və BMT-nin Tərksilah məsələləri üzrə Təqaüd Proqramının məzunudur.
O, 2007-ci ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələr tutub. 2010-2014-cü illərdə Azərbaycanın Avstriyadakı səfirliyində, ATƏT və BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları yanında daimi nümayəndəliyində üçüncü və ikinci katib, 2017-2022-ci illərdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində birinci katib və müşavir vəzifələrində çalışıb.
2022-ci ilin iyul ayından etibarən XİN-in Mətbuat xidməti idarəsinin rəis müavini vəzifəsində işləyib.
Ailəlidir, üç övladı var.
Bizim.Media