Gürcüstanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Baş nazir Giorgi Qaxariya ilə görüşüb.
Bizim.Media-nın məlumatına görə bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İran XİN rəhbəri Gürcüstana getdi
Məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlığı nəzərdən keçirib. İran və Gürcüstan arasındakı iqtisadi, ticarət əməkdaşlığına toxunan Zərif bu sahədə əlaqələrin qorunması və inkişafının vacibliyini vurğulayıb.
Görüşdə Qarabağda son toqquşmaların ardından bölgədə yaranmış yeni inkişafa dair müzakirələr də aparıblar.
Xatırladaq ki, Zərif regional səfərini sabah Türkiyəyə getməklə başa vuracaq.
Bizim.Media