Bakıda vəhhabilərin “Kombi”x9d biznesi - ÖZƏL

Hazırda oxunan: Bakıda vəhhabilərin “Kombi”x9d biznesi - ÖZƏL

61758

Azərbaycanda “Kombi”x9d istilik sistemləri bazarına vəhhabilər hegemonluq edir. Ölkəyə gətirilən istilik sistemlərinin satışının təşkili və inhisarı vəhhabi təriqətinə üzv olan tacirlərə aiddir. Onlar uzun illərdir ki, bu bazarda aparıcı qüvvəyə çevrilib.


Məlumata görə, paytaxtın “Bakıxanov”x9d, “Binə”x9d, “Sədərək”x9d, “Laçın”x9d və başqa nəhəng ticarət mərkəzlərində çalışan vəhhabilər “Kombi”x9d biznesini monopoliyaya alıblar. Bu biznes şəbəkəsinin genişlənməsində gizli vəhhabi qruplaşmalarının rolu var.


Bir müddət əvvəl Qafqaz şeyxinin qardaşı, deputat Cavanşir Paşazadənin də ticarət mərkəzlərində işləyən radikal təriqətçilərlə bağlı çağırışı məhz buna eyham kimi qiymətləndirilir. 


Məlumata görə, radikalizmə qarşı hüquq-mühafizə orqanlarının son günlər başladığı təhlükəsizlik tədbirləri və əməliyyatların bir tərkib hissəsi də “Kombi”x9d biznesinin vəhhabilərin əlindən alınmasına yönəlik olacaq.
 
Xatırladaq ki, bu barədə narahatlıqları politoloqlar da dilə gətirmişdilər. Politoloq Natiq Miri bildirmişdi ki, vəhhabilərin Azərbaycanda olan maliyyə şəbəkələrini çökdürmək yönündə fəaliyyət güclənməlidir: 
“Hazırda konkret addımlar atılır və bu cür tədbirlər gələcəkdə də davam edəcək. Ancaq hesab edirəm ki, tədbirlər gücləndirilməli və onların maliyyə şəbəkələri bütövlükdə nəzarətə götürülməlidir”x9d.(axar.az)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin