Azərbaycanın sərhədlərindən kənar, Rusiya ərazisindən yayımlanan ilk və yeganə azərbaycandilli telekanal İnterAz TV, Azərbaycan ərazisində yayım dairəsini genişləndirir. Moderator.az-ın xəbərinə görə, artıq ölkənin ən məşhur kabel televiziyası şəbəkələrindən B&BTV-də də İnterAz TV-ni izləmək mükmkündür. Beləliklə, B&BTV-nin “basic” paketində İnteraz Televiziyasına baxmaq mümkündür.
Həm Rusiyada yaşayan azərbaycanlıların, həm də Azərbaycan tamaşaçısının inanaraq və güvənərək seyr etdiyi İnterAz, hal-hazırda LMI (ABC1) peyki vasitəsilə bütün Rusiya, MDB və uzaq xarici ölkələrə yayım həyata keçirir.
Qeyd edək ki, kanalı eyni zamanda rəqəmsal yayımda, eləcə də KATV1, Ailə TV, Connect Tv kabel televiziyaları vasitəsilə, o cümlədən televiziyanın rəsmi internet səhifəsindən (www.interaztv.com) də izləmək mümkündür. Həmçinin, hazırda AzeriSpace 1 və TürkSat 3A peyklərində kanalın yayımlanması üzərində danışıqlar aparılır.
Onu da vurğulayaq ki, hal-hazırda İnterAz Televiziyasının efirində həm Azərbaycan, həm də rus dillərində proqramlar yayımlanır. Son dövrlərdə ölkənin həm Azərbaycan həm də rus dilli əhalisinin efir təlabatını nəzərə alaraq, televiziya bütün imkanlarını səfərbər edir



































































































