Moderator.az-ın bölgə müxbirinin xəbərinə görə aksiyada şəhərin, hüquq-mühafizə orqanları, idarə və təşkilatların işçiləri iştirak ediblər. Hemotologiya-Transfiziologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları vətəndaşları müayinə etdikdən sonra onlardan qan götürülüb. Qeyd etmək yerinə düşər ki, könüllü qan verənlərin əksəriyyəti oruc tutanlar idi və özlərinə inandıqlarından daha çox savab qazanmaq üçün aksiyaya qoşulublar.
Aksiya zamanı toplanan qan talassemiya və hemofiliyalı xəstələrinin müalicəsində istifadə olunacaq. Qanvermə aksiyasında iştirak edən 600-ə yaxın şəhər sakininin 200 nəfərdən çoxu səhiyyə işçisi olub.


































































































