Bakıda ticarət mərkəzində kafe yanıb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Sədərək” ticarət mərkəzində qeydə alınıb. Ticarət mərkəzində yerləşən ümumi ərazisi 12 kv m olan Rüstəm Rza oğlu Quliyevə məxsus kafe tamamilə yanıb. Yanğının digər obyektlərə keçməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Faktla bağlı araşdırma aparılır.


























































































