Aktrisa Axşam.az saytına açıqlamasında səfərinin məqsədindən danışıb.
“On gündən çoxdur ki, Bakıdayam. Bura “Nargis” dərgisinin dəvəti ilə gəlmişəm. Mənə çox gözəl sürpriz etdilər. Onunla bağlı ətraflı danışa bilmərəm, yaxın günlərdə görəcəksiniz. Bakıya son dəfə bir il bundan əvvəl gəlmişdim. Burada keçirilən “Eurovision” müsabiqəsinə qatılmışdım”.
Türkiyəli aktrisa Bakıdan tez-tez dəvətlər aldığını, amma qəbul etmədiyini bildirib:
“Azərbaycandan çox təkliflər gəlir. Onlar arasında filmlər də, seriallar da var. Amma heç birini qəbul etmirəm. Həmişə deyirəm ki, mənə gətirilən layihələr o qədər gözəl olmalıdır ki, Təhminə kimi uzun müddət yaşasın. Ondan zəif iş heç vaxt qəbul edən deyiləm. Bu yaxınlarda Türkiyədə böyük bir layihə təqdim edəcəyəm. Hazır olan kimi sizinlə bölüşəcəyəm”.
Məşhur filmdəki tərəf müqabili, xalq artisti Fəxrəddin Manafovla yenidən bir araya gəlib ”“ gəlməmələrinə isə Meral Konrat belə cavab verib:
“Budəfəki gəlişimdə Fəxrəddin Manafovla görüşdüm. Bizi yenidən bir araya “Nargis” dərgisi gətirdi. Köhnə günlərə qayıtdıq. Bu layihənin tam formasını jurnalda izləyə biləcəksiniz. Bütün həsrət orada bitəcək”.

































































































