Bu gün qoşunların təmas xəttində erməni silahlılarının hücumunu dəf edərkən şəhid olan pilot, mayor Təbriz Musazadənin qırx mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-mayor Ramiz Tahirov, Türkiyə hərbi attaşeliyinin nümayəndəsi, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ictimaiyyət nümayəndələri, şəhidin pilot yoldaşları, sadə vətəndaşlar iştirak ediblər.
HHQ komandanı, general-mayor Ramiz Tahirov “Azərbaycan bayrağı”x9d ordenini şəhidin atası Taryel Musazadəyə təqdim edib.
Xatırladaq ki, şəhid Təbriz Musazadə ikinci Fəxri xiyabanda dəfn olunub.(Report)











































































































