İrəvana buraxılmayan fransalı daşnak Ermənistanı məhkəməyə verdi

Hazırda oxunan: İrəvana buraxılmayan fransalı daşnak Ermənistanı məhkəməyə verdi

99570

Daşnaksütyun partiyasının büro üzvü, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan Ermənistan Milli Təhlükəsizlik Xidmətini məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya partiyanın saytında yer alıb.

Mənbə yazır ki, iddia Ermənistan İnzibati Məhkəməsində qaldırılıb və Milli Təhlükəsizlik Xidmətinə Papazyanın məlumatlarını Ermənistanda persona non-qrata hesab edilən əcnəbilərin məlumat bazasından çıxarmağa məcbur etmək tələbi ilə edilib.

İddia ərizəsi “datalex” məhkəmə informasiya portalında qeydə alınıb və baxılmaq üçün qəbul edilib, işə hakim Qraç Ayvazyan baxacaq.

Papazyanın Ermənistan ərazisində arzuolunmaz əcnəbilər siyahısına salınması ilə bağlı qalmaqal 2022-ci ilin yayında baş verib. İyulda o, ailəsi ilə birlikdə İrəvan Zvartnots hava limanına gələrkən sərhəd-keçid məntəqəsində qadağa barədə məlumatlandırılıb. 

Papazyan ailəsi ilə birlikdə Fransaya qayıtmağa məcbur olub. Bu addımın rəsmi əsaslandırılması Ermənistan hakimiyyəti tərəfindən cəmi bir neçə gün sonra açıqlanıb.

Ermənistan baş nazirinin kabineti bildirib ki, Papazyan “2021-ci il iyunun 1-də Ermənistanın Fransadakı səfirliyi yaxınlığında baş nazirin kortejinə hücumu” təşkil edib.

Bundan əvvəl Türkiyə və Azərbaycan hakimiyyəti də Papazyan bu ölkələrə girişinə qadağa qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin