Robert Koçaryan: “Bakı Qarabağ məsələsini həll edilmiş hesab edir”

Hazırda oxunan: Robert Koçaryan: “Bakı Qarabağ məsələsini həll edilmiş hesab edir”

9952

Bizim.Media Ermənistan kütləvi informasiya vasitələrinə istinadən məlumat verir ki, bu gün Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın müsahibəsi yayımlanıb. 

Yerevan.today və politik.am saytlarına verdiyi müsahibədə Robet Koçaryan Qarabağ müharibəsi ilə yanaşı ölkədə son aylarda baş verən hadisələrə də münasibət bildirib.

Müsahibə zamanı Ermənistanın hərbi əsirləri məsələsinə də toxunan Koçaryan Azərbaycan tərəfinin bundan təsir vasitəsi kimi istifadə etdiyini bildirib. 

Onun sözlərinə görə, Azərbaycan bu məsələdən istifadə edərək Ermənistanın Dağlıq Qarabağa daha çox hərbiçi göndərməsinin qarşısını alır.

Azərbaycan Yerevandan bu barədə təminat istəyir, bu cür təminat verilmədiyi müddətcə əsirlərin qaytarılması ilə bağlı hər hansı addım da atılmayacaq, - deyə Koçaryan qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Koçaryan: “Ermənistan hakimiyyəti Azərbaycanı müharibəyə təhrik etdi”


Robert Köçəryan vurğulayır ki, birinci müharibədə onun iqamətgahı davamlı atəş altında idi, lakin bu müharibə zamanı Arutyunyanın iqamətgahı ümumiyyətlə heç bir zərər görmədi.

Azərbaycan Ordusu Cəlal Arutyunyanın maşınının yeri, ya da Şuşa Mədəniyyət evindəki iclas barədə məlumatlı idi və bu hədəflər vurulmuşdu. Ancaq qəribədir ki, Araik Arutyunyanın iqamətgahına heç bir zərbə endirilməmişdi. 

Koçaryan Azərbaycanın qondarma rejimin prezidenti Araik Arutyunyanın qayğısına qaldığına inanmır. 

Onun fikrincə, Azərbaycan tərəfi bu binada olanları xilas etməyi seçmişdilər. Çünki onlar Ermənistanı tərk edən məmurlar idi. Hansı ki, onların əsas vəzifəsi bu işi sona çatdırmaq idi.

Koçaryana görə, Bakı Qarabağ məsələsini həll edilmiş hesab edir və bu səbəblə də erməniləri tədricən Dağlıq Qarabağdan qovacaqlar. Bunun qarşısını almaq üçün Dağlıq Qarabağda məhv olmuş dövlətçiliyi yenidən bərpa etmək üçün zəruri tədbirlərin görülməli olduğunu bildirib.

Son aylarda Sünikdə baş verənləri biabırçılıq adlandıran Koçaryan bir azərbaycanlının rahatlıqla avtomobil nömrəsini dəyişərək Yerevana qədər gedə biləcəyini, heç kimin ondan burada nə etdiyini soruşmayacağını bildirib. 

Ermənistandakı son vəziyyətlə bağlı isə "Siyasi proseslərə ümid ölsə də, bütün proses başqa bir istiqamətə çevriləcək" deyə Ermənistanın keçmiş prezidenti qeyd edib.

O, sonda onu da vrğulayıb ki, əgər Ermənistanda növbədən kənar seçkilər keçirilərsə, hökumət başçısı olmaq üçün namizədliyini verəcək.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin