Türkiyənin Bartın bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb.
Bizim.Media xəbər verir ki, 110 işçidən 58-i xilas edilib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
12:47
***
Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş verən partlayışın səbəbi bəlli olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlama verib.
Nazir deyib ki, hadisə mədən qazından qaynaqlanan partlayış nəticəsində baş verib. Partlayış zamanı meydana gələn yüksək təzyiq və temperatur çox sayda işçinin həyatını itirməsinə səbəb olub.
F.Dönmez qeyd edib ki, partlayış nəticəsində bəzi yerlərdə qismən çökmə baş verib. O, yeraltı tuneldə havalandırma sisteminin düzgün işlədiyini deyib.
O, 15 işçinin xilas edilməsi üçün işlərin davam etdirildiyini bildirib.
“Hazırda 15 nəfər mədəndədir, onların axtarışlar davam etdirilir. Partlayışdan sonra yeraltı tuneldə yanğın baş verib. Hazırda yanğının və orada əmələ gələn dəm qazının təsirini azaltmağa çalışırlar”, - deyə nazir bildirib.
F.Dönmez qeyd edib ki, 15 işçinin harada olduğu məlumdur. Nazir partlayış yerinin də təxmini bəlli olduğunu əlavə edib.
“10-11 işçi yanğının davam etdiyi bölgədədir. Çox böyük yanğın deyil. Təhlükəsiz şəkildə oraya girmək üçün yanğının və karbonmonoksit qazının dəf edilməsi lazımdır. 4-5 işçimiz də çökmə olduğu bölgədədir”, - deyə o vurğulayıb.
*** 08.07
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 28 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib ki, 11 yaralının müalicəsi davam edir.
Qəza zonasında 4 səhra hospitalı fəaliyyət göstərir.
Qeyd edək ki, Türkiyənin Bartin vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayışdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə yola düşüblər.
Hadisə ilə bağlı açıqlama verən Bartin valisi Nurtaç Aslan partlayışın Amasra Taşkömürü Müəssisəsində baş verdiyini və səbəblərinin hələ bəlli olmadığını deyib.
Çox sayda qrup bölgədə axtarış-xilasetmə işlərini davam etdirir. Mədənin 300 mərtəbə dərinliyində 44, 350-də isə 5 nəfərin qaldığı bildirilir. Səkkiz nəfər isə öz imkanları ilə çıxa bilib.
00:22
****
Türkiyənin Bartin vilayətində kömür mədənində həlak olanların sayı artıb.
Bizim.Media xəbər verir ki, bu barədə daxili işlər naziri Suleyman Soylu jurnalistlərə açıqlamasında qeyd edib.
Soylu bildirib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 21 nəfər xəstəxanaya yerləşdirilib.
Bizim.Media