Türkiyənin Bartin vilayətində kömür mədənində partlayış nəticəsində dağıntılar altında qalan 87 işçidən 11-i xilas edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.
Məlumata görə, Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gedir. Baş verən partlayışla bağlı Bartin vilayəti Respublika Baş Prokurorluğunda istintaq başladılıb, 3 prokuror işə cəlb olunub.
Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil partlayışa transformatorda baş verən nasazlığın səbəb olduğunu bildirib.
***
Türkiyədə daş kömür mədənində partlayış baş verib.
Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, hadisə Bartin vilayətinin Amasra rayonunda yerləşən mədənlərin birində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım briqadası cəlb olunub.
Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Region
21:58 / 14.10.2022
Türkiyədə mədəndəki partlayışda 11 nəfər xilas edilib – FOTO/VİDEO
Hazırda oxunan: Türkiyədə mədəndəki partlayışda 11 nəfər xilas edilib – FOTO/VİDEO
Hazırda oxunan: Türkiyədə mədəndəki partlayışda 11 nəfər xilas edilib – FOTO/VİDEO
99351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.