Azərbaycana qarşı çıxışlar edən əyalət mollası bu dəfə ölkəmizə rəğbətini bildirdi - VİDEO 

Hazırda oxunan: Azərbaycana qarşı çıxışlar edən əyalət mollası bu dəfə ölkəmizə rəğbətini bildirdi - VİDEO 

99040

İranın dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Ayətullah Həsən Ameli İran-Azərbaycan sərhədini ziyarət edib.

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, onun sözlərinə görə, İranda ən sağlam və ən təhlükəsiz sərhəd Azərbaycan Respublikası ilə sərhəddir:

“Azərbaycanın ucalığını öz ucalığımız hesab edirik. İran həmişə Azərbaycanı himayə edib, indi də dəstəkləyir. Əgər bir gün heç kim Azərbaycana dəstək verməsə və Azərbaycanı tək qoyarlarsa, mən səmimi və ürəkdən deyirəm ki, İran keçmişdə olduğu kimi, yenə də Azərbaycanın ən güclü dəstəkçisi olacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin