“Paşinyan Türkiyə-Azərbaycan dastanının qəhrəmanıdır” – Ermənistanın sabiq naziri

Hazırda oxunan: “Paşinyan Türkiyə-Azərbaycan dastanının qəhrəmanıdır” – Ermənistanın sabiq naziri

9878

Nikol Paşinyan təcili olaraq seçki yolu ilə öz sahibləri qarşısında Qarabağın təslim olmasını, erməni xalqının saxta səsverməsi ilə heç kimə - nə opponentlərinə, nə də tərəfdarlarına sual vermədən tək gördüyü işləri legitimləşdirmək istəyir.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Armnyus”un efirində "Hüquqi təhsil və nəzarət" ictimai təşkilatının həmtəsisçisi, eks vitse-spiker, sabiq ədliyyə naziri Arpine Ovannisyan səsləndirib.

Onun fikrincə, öz postlarını tərk edən və hələ də vəzifədə qalan çəxslərin günahı ucbatından Ermənistan məğlubiyyətə uğrayıb.

“Biz hələ də müharibədən sonrakı Ermənistanda səfalət və xəyanətkar hakimiyyətin dəbdəbəsindən "həzz alırıq”. Başqa hakimiyyətin dövründə biz bütün vəzifəli şəxslərin müvafiq cinayət işləri ilə məsuliyyətə cəlb ediləcəyinin şahidi olardıq. İndi isə Nikol Paşinyanın təbliğat maşınının və müdafiə naziri David Tonoyanın müsahibəsinin əlamətləri ilə kifayətlənirik".
Ovannisyanın sözlərinə görə, təmənnasız sual-cavab əvəzinə Tonoyandan aşağıdakı suallara cavab eşitmək maraqlı olardı:

“Əgər müdafiə naziri müharibənin fəlakətdən qaçmaq üçün dayandırılmasının vacibliyini bilirdisə, o zaman nazirliyin rəhbərliyi ilə press-relizlər, Şuşan Stepanyan və Arsrun Ovannisyanın müharibəyə dair hesabatları razılaşdırılıbmı? Əgər yoxsa, bu məsələləri kim koordinasiya edib? Anna Akopyan öz piarı ilə məşğul olub və nə üçün? Müdafiə naziri və Baş Qərargah rəisi müharibənin 4-cü günündə Baş nazirə məruzə etdikdən sonra müharibə niyə dayandırılmadı? Nə üçün istefa vermədilər, onlardamı yalana inandılar?

Müdafiə naziri hansı məsuliyyəti öz üzərinə götürməlidir? Deyir ki, orduda idarəolunmaz xaos var idi.  Axı müharibəyə gətirib çıxaran idarəolunmaz xaos heç də yalnız peşəkar və ya siyasi məsuliyyət məsələsi deyil, burada cinayət məsuliyyəti olmalıdır! "Türkiyənin bu miqyasda iştirakı gözlənilməz idi" fikri nə deməkdir? Nə üçün təbliğat maşınının hücum etdiyi müxalifət, ekspertlər və politoloqlar üçün bu, gözlənilməz olmadı. Belə çıxır ki, hərbi rəhbərliyin bilik və analitik qabiliyyətləri Makunts səviyyəsinə uyğundur”.

Ovannisyan hesab edir ki, hökumət nümayəndələri Qarsda keçirilən Azərbaycan-Türkiyə təlimlərinə analoji reaksiya verdilər. Deməli, onlar heç bir nəticə çıxarmayıblar və təhlükəni hiss etməyiblər:

“Avinyan ağ krossovkalarda Oqanovskiyə oxşamağa cəhd göstərdi, Alen Simonyan yeni formada və zirehli jiletdə gəzintiyə çıxdı və erməni xalqının övladlarının ölümünə görə heç bir ağrı hiss etmədi”.

"Tonoyanın verdiyi təkəbbürlü müsahibə onu məsuliyyətdən azad etmir. Bundan başqa, əgər Türkiyənin Azərbaycanın strateji tərəfdaşı olduğunu anlayırdılarsa, nə üçün Rusiyanın bizim strateji tərəfdaşımız olduğunu anlamadılar. Məxfi informasiyadan məhrum olmaq üçün rəsmi Moskva ilə münasibətləri korlamaq lazım deyildi”, - deyə sabiq ədliyyə naziri Arpine Ovannisyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin