İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb.
Bizim.Media-nın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistan respublikası daxil olmaqla bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi əhəmiyyətlidir. Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, - deyə Zərif bildirib.
O, Ermənistanı İranın əhəmiyyətli qonşusu kimi xarakterizə edib.
Məlumata görə, İran və Ermənistan XİN başçıları ikitərəfli əlaqələr və regional məsələləri müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
15:40 / 27.01.2021
"Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir" - Zərif
Hazırda oxunan: "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir" - Zərif
Hazırda oxunan: "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir" - Zərif
9870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.