Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan başçılıq etdiyi nümayəndə heyəti ilə 3 gündür ki, İrəvandadır. Separatçıların məqsədi Ermənistan hakimiyyəti ilə Qarabağ ətrafındakı vəziyyəti müzakirə etməkdir. Ancaq indiyədək görüş baş tutmayıb və heç bir tərəf problemin nədən ibarət olduğuna aydınlıq gətirməyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq radiosu”nun erməni xidməti yayıb.
Mənbə yazır ki, Xankəndi şəhərindəki etirazlar fonunda Arutyunyan bazar günü nümayəndə heyəti ilə İrəvana gedib.
Mitinqin təşkilatçılarından biri Tiqran Petrosyan nəşrə bildirib ki, səhər İrəvanda olana rejimin “parlament” sədri Artur Tovmasyanla danışıb. O, nümayəndə heyətinin Ermənistan parlamentinin sədrini gözlədiyini deyib. Deməli, Alen Simonyan Rusiyadan geri qayıdacaq və onları qəbul edəcək.
Bu günlərdə İrəvanda olan və müxtəlif görüşlər keçirən baş nazir Nikol Paşinyanın Arayik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyətini niyə qəbul etmədiyini isə heç kəs bilmir.
“Birincisi, onlar Paşinyanla görüşməli idilər, çünki Alen Simonyanın danışıqlar prosesi haqqında danışmaq və ya suallara cavab vermək səlahiyyəti yoxdur" deyə Petrosyan qeyd edib. Qondarma rejimin mətbuat katibi isə iki gündür ki, nəşrin zənglərini cavabsız qoyur. Nümayəndə heyətinin üzvlərindən rejimin “parlament” sədri Artur Tovmasyan, “xarici işlər naziri” David Babayan, “parlamentin” xarici əlaqələr komissiyasının sədri Vaqram Balayan və Arayik Arutyunyanın müşaviri Masis Mayilyan da zənglərə cavab vermirlər.
Ermənistan hökuməti isə planlaşdırılan görüş barədə yalnız bunları deyib: “Baş tutsa, həmişə olduğu kimi informasiya veriləcək”.
Xankındidə müvəqqəti yaşayan David Petrosyan deyir ki, nümayəndə heyəti İrəvandan gələnədək oturaq aksiyası keçirəcəklər. Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yaşayan erməniləri isə Praqadakı dördtərəfli görüşün təfərrüatları, xüsusilə bir sualın cavabı maraqlandırır: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, “Arsax”ın taleyi necə olacaq?”.
Bizim.Media
- A-
- A
- A+
Region
16:09 / 11.10.2022
Arayik Arutyunyan 3 gündür ki, başının dəstəsilə İrəvandadır – Paşinyan onları qəbul etmir
Hazırda oxunan: Arayik Arutyunyan 3 gündür ki, başının dəstəsilə İrəvandadır – Paşinyan onları qəbul etmir
Hazırda oxunan: Arayik Arutyunyan 3 gündür ki, başının dəstəsilə İrəvandadır – Paşinyan onları qəbul etmir
98674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.