Rusiya “rəqəmsal diktatura”ya qarşı çıxdı

Hazırda oxunan: Rusiya “rəqəmsal diktatura”ya qarşı çıxdı

9853

Rusiyanın Federasiya Şurası BMT və AŞPA-ya çağırış edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Federasiya Şurası BMT, YUNESCO, AŞPA və ATƏT-ə   ABŞ-ın internet şirkətləri ilə bağlı müraciət edib. Çağırışda deyilir ki, müvafiq təşkilatlar amerikan internet şirkətlərinin yaratdığı “rəqəmsal diktatura”ya diqqət yetirməlidirlər.

“Bu məsələ BMT Baş Assambleyasının iclaslarında da müzakirə olunmalıdır”.

 

MÖVZU İLƏ BAĞLI:

Rusiya udur, yoxsa uduzur? – CAVABI 2021-ci İLDƏ BİLİNƏCƏK


Şura təklif edib ki, internet şirkətlərinin son zamanlar yaranan “nəzarətsiz dominantlığına” qarşı beynəlxalq konvensiya üzərində işlənilməlidir. Çağırışda yazılıb ki, internetdə mübadilə prosesi beynəlxalq hüquqa əsaslandırılmalıdır.

“Ümumdünya şəbəkəsi informasiya və söz azadlığı olan məkan kimi qalmalıdır. Yoxsa bunu bir dövlətin media monopoliyasının siyasi alətinə çevirmək olmaz”,- çağırışda belə deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin