İranda bir neçə hökumət məmuru etirazçılar tərəfindən öldürülüb

Hazırda oxunan: İranda bir neçə hökumət məmuru etirazçılar tərəfindən öldürülüb

98476

İranda bir neçə hökumət məmuru öldürülüb. Onların etirazçılar tərəfindən qətlə yetirildiyi iddia olunur.  

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, Zəngan şəhərində kütləvi etirazlar zamanı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarımhərbi radikal "Bəsic" birləşməsinin üzvü Qulamrza Bamdadi öldürülüb.

Bununla yanaşı, Tehranda Səlman Əmirəhmədi adlı "Bəsic" üzvünün də qətlə yetirildiyi bildirilir.

İran mediasının verdiyi xəbərə görə, Kürdüstan əyalətinin Sənəndəc şəhər polis idarəsinin rəisinin müavini Rəsul Bərzuyi də həyatını itirib. Tehran şəhərinin 9-cu bölməsinin 209-cu Bəsic bölməsinin komandiri Əlirza Həbibzadeqanın da öldürüldüyü qeyd olunur.  

Sözügedən şəxslər son 2 gündə həlak olublar və bir sıra məlumatlara görə, onlardan ikisi xüsusi təyinatlı qüvvələrin xalqa atəş açdığı zaman güllə yarası alaraq ölüblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin