Qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək üçün İrəvana gedəcək.
Bizim.Media “Novosti Armeniya” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı rejimin “mətbuat katibi” Lusine Avanesyan yayıb.
“Səfərin əsas məqsədi oktyabrın 6-da Praqada dördtərəfli bəyanatı müzakirə etməkdir.
Ona əsasən Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər və bu bəyanat vasitəsilə bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar”, - deyə Avanesyan bildirib.
Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə 2022-ci il oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin birinci iclası çərçivəsində oktyabrın 6-da Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.
Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər və bu Bəyannamədə onların ərazi bütövlüyü və suverenliyi qarşılıqlı şəkildə tanınır.
Bizim.Media
- A-
- A
- A+
Region
15:51 / 09.10.2022
Paşinyan Arayik Arutyunyanı yanına çağırıb ona “Qarabağ Azərbaycandır” deyəcək
Hazırda oxunan: Paşinyan Arayik Arutyunyanı yanına çağırıb ona “Qarabağ Azərbaycandır” deyəcək
Hazırda oxunan: Paşinyan Arayik Arutyunyanı yanına çağırıb ona “Qarabağ Azərbaycandır” deyəcək
98261
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.