“Ermənistanın Qarabağla heç bir əlaqəsi yoxdur” - Paşinyanın ofisi  

Hazırda oxunan: “Ermənistanın Qarabağla heç bir əlaqəsi yoxdur” - Paşinyanın ofisi  

98190

Artıq Ermənistanın Qarabağla heç bir əlaqəsi yoxdur.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, hökumətyönlü “Mülki müqavilə” fraksiyasından olan deputat Eduard Ağacanyan “Factor Tv”yə müsahibəsi zamanı deyib.

O, bildirib ki, 44 günlük müharibə nəticəsində Ermənistanın artıq “Qarabağ xalqı”nın (red. Qarabağ ermənilərini nəzərdə tutur) hüquq və azadlıqlarını, o cümlədən təhlükəsizliyini təmin etmək imkanı və resursları yoxdur.
“Obyektiv reallıqlar artıq dəyişib”,-deyə Ağacanyan bildirib.

Xatırladaq ki, oktyabrın 6-da Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısına qatılan Prezident İlham Əliyev jurnalistlərə açıqlamasında "Qarabağ erməniləri bizim vətəndaşlarımızdır.Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizidir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik", - deyə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin