Artıq Ermənistan lobbisi Avropa İttifaqının deputatlarını da satın almağa başlayıb. Bu o qədər təzə söhbət olmasa da indi ermənilərin bundan başqa çıxış yolu da qalmayıb. Azərbaycan döyüşdə olduğu kimi, beynəlxalq siyasətdə də Ermənistanı diz çödürüb. Ona görə də bir-iki şüvən avropalı tapmaqla yırtıqlarına yamaq vurmağa çalışırlar.
Hazırda lobbi dünyaya Aİ adından səslənmək üçün dəridən-qabığdan çıxır. Satın aldıqları deputatlardan biri parlamentdə susqunluğu ilə seçilən, Aİ-də təmsil olunmasına baxmayaraq nəinki dünyaya, hətta ölkəsinə belə xeyri toxunmayan Tom Vandendrişedir.
Bu fikrə gəlməyimizə isə bu deputat haqqında 5 dəqiqəlik araşdırma aparmağımız kifayət etdi.
Xristian dünyasına səslənən deputat, Avropa Komissiyasının Prezidentini də dilənçi adlandırıb. Mənzərə tanışdır. Notlar üzü Amerikadan Fransaya, Livana qədər vahid dəst-xətt üzrədir.
Deputatın son bəyanatına baxaq:
“Xristian Ermənistan Azərbaycan tərəfindən şiddətli hücuma məruz qalır. Fon der Leyen azərbaycanlılardan qaz dilənməyə başlayandan AB başqa tərəfə baxır. Kimlik və Demokratiya qrupumuzun nümayəndə heyəti ilə birlikdə Avropa Parlamentində simvolik aksiya ilə Ermənistana dəstəyimizi nümayiş etdiririk” - deyə, Tom Vandendrişe əsil erməni sayaq bəyanatda bulunub.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin də Tomun ermənilər tərəfindən satın alındığını iddia edir:
“Nəinki ənənəvi dəyərlərdən, hətta Allaha inamdan da çoxdan imtina etmiş ölkələri təmsil edən deputatdan belə mövqe eşitmək çox qəribədir. Əslində Belçika və Hollandiya şəhvət nümunəsidir.
Erməni diasporu qeyd-şərtsiz fəallıq göstərir, bəzən rüşvətlə, bəzən hədə-qorxu gəlsə də, Avropa parlamentarilərindən dəstək alır.
Avropa Parlamentində bütöv bir anti-Azərbaycan koalisiyası yaradıla bilər. Və eyni zamanda, anti-türk əhval-ruhiyyəsi qaza gətiriləcək.
Bunun Avropada mövcud qüvvələr balansı çərçivəsində olub-olmamasına gəincə isə - mən buna şübhə edirəm. Hiss olunur ki, böyük ümumavropa qalmaqalı yaranır”, - deyə A.Bredixin fikirlərini tamamlayıb.
Şübhəsiz qarşıdakı günlərdə Tom Vandendrişe kimilərin sayının artmasını müşahidə edə bilərik. Amma bu deputatların nə qədər olmasından asılı olmayaraq, Azərbaycanın bir və doğru siyasəti var: Avropaya qaz verəcəyik, bu siyasi alət deyil, biznesdir. Amma 30 ildir tanınmayan haqqımız və hüququmuzu da sökə-sökə alacağıq.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Region
15:00 / 06.10.2022
“Erməni lobbisi avropalı deputatları satın almağa başlayıb” – Rusiyalı ekspert Bredixin
Hazırda oxunan: “Erməni lobbisi avropalı deputatları satın almağa başlayıb” – Rusiyalı ekspert Bredixin
Hazırda oxunan: “Erməni lobbisi avropalı deputatları satın almağa başlayıb” – Rusiyalı ekspert Bredixin
97771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.