Federasiya Şurası Ukraynanın dörd vilayətinin ilhaqını təsdiqlədi - VİDEO

Hazırda oxunan: Federasiya Şurası Ukraynanın dörd vilayətinin ilhaqını təsdiqlədi - VİDEO

97284

Federasiya Şurası Dövlət Dumasının ardınca Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin qismən işğal olunmuş ərazilərinin Rusiyaya qoşulması ilə bağlı dörd müqaviləni ratifikasiya edib. Qərar yekdilliklə qəbul edilib.

Bizim.Media xəbər verir ki, Dövlət Duması bir gün əvvəl Ukrayna ərazilərinin ilhaqını təsdiqləyib.

Bazar günü isə Rusiya Konstitusiya Məhkəməsi də fövqəladə iclasında bu addımı atıb.

Xatırladaq ki, sentyabrın 30-da Rusiyanın təşkil etdiyi “referendum”un nəticələri əsasında Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən təyin edilmiş rəhbərləri ilə Kremldə müqavilələr imzalanıb.
“Bəyanatlar”a əsasən sakinlərin əksəriyyəti Rusiyaya birləşməyə səs verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin