Paşinyanın partiyası: “Avantürist deyilik ki, KTMT-dən çıxaq”

Hazırda oxunan: Paşinyanın partiyası: “Avantürist deyilik ki, KTMT-dən çıxaq”

97270

“KTMT-dən çıxmaq Ermənistan üçün riskli qərardır və bu risklər diqqətlə ölçülməlidir”.

Bizim.Media “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, bu fikirləri hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Viqen Xaçatryan səsləndirib.

Onun sözlərinə görə, gedəndə qapını çırpmaz olmaz.

“Biz avantürist deyilik ki, KTMT-dən məmnuniyyətlə çıxaq və hesab edək ki, biz məsələni belə həll edirik və eyni zamanda, həlli olmayan 7-8 yeni məsələ ortaya çıxacaq”, - Xaçatryan bildirib.
Üç gün əvvəl parlamentdə müdafiə və təhlükəsizlik komissiyasının sədrinin kabinetində parlamentdənkənar “KTMT-dən çıxmaq” təşəbbüs qrupunun üzvləri ilə müzakirə aparılıb.

“Hakim fraksiyasının fikri nədir, KTMT-dən çıxmaq lazımdırmı?” sualına Viqen Xaçatryan “Təhlillər davam edir, hələlik qərar yoxdur” cavabını verib.

“Çıxmaqla bağlı riskləri mütəxəssislər ölçməlidir. Söhbət təkcə münasibətlərdən getmir. Biz xalqımızla aydın və açıq danışmalıyıq, əmin olmalıyıq ki, bizim enerji, nəqliyyat və ordu ilə bağlı problemimiz artacaq, yoxsa azalacaq”.

“Bir məsəl var, deyirlər ki, eşşəkdə oturmaq bir ayıb, düşmək iki ayıbdır. İndi yeddi dəfə ölçmək, bir dəfə kəsmək lazımdır. Mənə elə gəlir ki, ölçmə prosesindəyik”, - deyə deputat vurğulayıb.

“Azadlıq” radiosunun erməni xidməti yazır ki, KTMT faktiki olaraq İrəvanın hərbi yardım tələbini rədd edib, əvəzində hesabat hazırlamaq üçün Ermənistana missiya göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin