İranlı din xadimi: “Snayperlər ibadət edənlərin ürəyinə və başlarına atəş açıblar”

Hazırda oxunan: İranlı din xadimi: “Snayperlər ibadət edənlərin ürəyinə və başlarına atəş açıblar”

97044

“Güllələrin çoxu namaz qılanların başlarına və ürəyinə atılıb və məlum olur ki, bunu snayperlər edib”. 

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə İranın Zahedan şəhərinin cümə imamı Mövlana Əbdülhəmid ötən cümə günü şəhərdə baş verən qarşıdurmalara münasibət bildirərkən deyib. 

“O, cümə namazından sonra gənclərin polis idarəsinin önünə toplaşaraq etiraz şüarları səsləndirməsi və daş atmasına cavab olaraq xüsusi təyinatlıların snayperlə atəşə açıb cavanları qətlə yetirməsini sərt tənqid edib:  

“Nə üçün polis insanları dağıtmaq üçün gözyaşardıcı qaz, plastik dəyənəklər və s. kimi vasitələrdən istifadə etmədi və bu faciəyə səbəb oldu? Bəzi rəsmilər baş verən hadisənin mahiyyətini təhrif edərək öz səhvlərini başqalarının üzərinə atmağa çalışırlar, halbuki hadisədə polis qüvvələrinin ehtiyatsızlığı açıq və aşkar məlumdur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin