Ermənistanın “dədəsi” ölüb, başını itirib – Gah sülhdən, gah da silahlanmadan danışır

Hazırda oxunan: Ermənistanın “dədəsi” ölüb, başını itirib – Gah sülhdən, gah da silahlanmadan danışır

96685

Rusiyanın başı Ukraynaya qarışıb deyə Ermənistanın ipini bir az buraxıb. Ermənistandakılar və xaricdəki diaspora isə bunu fürsət bilib Qərbin gözünə girmək istəyir. Daha doğrusu Qərbdən bir az pul-para qopartmaq niyyətindədirlər. Ona görə də başda Paşinyan olmaqla gecələr də üzə Qərbə yatırlar.

Və yuxularında əcaib-qəraib şeylər görürlər. Səhərdə duranda həmin yuxunun təsiri ilə bəyanatlar səsləndirirlər. Məsələn, Nikol Paşinyan ötən gün səhər Twitter mikrobloqunda yazıb ki, Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirilməlidir.
“Ermənistan ardıcıl olaraq beynəlxalq tərəfdaşlarına həll yolu ola biləcək formul təklif edir. İstər BMT Təhlükəsizlik Şurasının, istər ATƏT-in, istərsə də başqa beynəlxalq təşkilatın mandatı altında Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyası yerləşdirmək lazımdır. Və bu, mütləq zərurətdir”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan yeni müharibəyə hazırlaşır? – Hərbi ekspertlərin ŞƏRHİ


Göründüyü kimi Paşinyanın dediyi bu sözləri ancaq yuxulu adam söyləyə bilər. Çünki, Ermənistan KTMT-nin üzvüdür. Və Ermənistanın bu qurum qarşısında öhdəliyi var.

Di gəl ki, Paşinyan da digər soydaşları kimi hüquqi öhdəliyə yox gündəlik çıxara, daha dəqiq desək yala baxır. Ukrayna hadisələri başlayandan sonra Rusiyanın Ermənistana büdcə ayırmaları azalıb. Üstəlik, il başa çatır.

Gələn ilin büdcəsi müzakirə edilir. Və belə bir məsul dövrdə Paşinyan da “Tık-tık” xanım kimi Rusiyaya naz satır. Məqsəd də odur ki, 2023-cü il üçün Rusiyadan daha çox pul qopartsınlar.

Burda başqa məqam da var. Həm Ermənistanın, həm də ki, Qarabağdakı separatçıların büdcəsinin xeyli hissəsini Beynəlxalq “Hayastan” fondu ödəyir. Və nəzərə alaq ki, “Hayastan” fondunun himayədarlarının çoxu Avropada və ABŞ-da yaşayır. Həmin himayədarlar da öz yardımlarını pul qazandıqları ölkələrin sifarişləri və baxışlarına uyğun edirlər.

Ona görə də bu balaca Paşinyan boyundan 2 dəfə yuxarı tullanmaq istəyir. Həm Rusiyadan, həm də Qərbdən daha çox pul qopartmağa çalışır. Bu da təsadüfi deyil. Çünki, Paşinyan hakimiyyətdə qalmaq üçün növbəti ilin büdcəsində inqilabi artımlar etmək məcburiyyətindədir.
Əks təqdirdə, müharibədən, siyasi çəkişmələrdən və safalətdən bezmiş ermənilər Paşinyanı yaxın aylarda süpürüb tarixin arxivinə atacaqlar. Bunu çox gözəl bilən Nikol da bütün variantları sınaqdan keçirir.

O da bilir ki, KTMT-dən çıxmamış hansısa üçüncü hərbi blokun nümayəndəsi Ermənistana gələ bilməz. Üstəlik, Qərbin hərbi kontingentinin sərhəddə yerləşdirilməsinə Azərbaycanın da razılığı lazımdır. Ona görə də bu iki faktorun aradan qaldırılmadığı bir vəziyyətdə Paşinyanın sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi fikri sadəcə blöfdür.

Xatırladaq ki, Ermənistan höküməti 2023-cü ilin Dövlət Büdcəsi üzərində ciddi düşüb. Hətta bəzi sahələrə ayrılacaq vəsaitlərin anonsu da verilir. Məsələn, ötən gün erməni mənbələri bildirdi ki, 2023-cü ildə Ermənistanın hərbi büdcəsi 1 milyarda dollar olacaq.
Bu isə 2022-ci ilin büdcəsindən ən azı 40 faiz çoxdur. Eləcə də, sosial ödəmələrin də ən azı 30 faiz artırılacağı danışılır. İqtisadiyyatı defolt vəziyyətində olan bir ölkə bu qədər vəsaiti hardan tapacaq?

Bax, burda “torbadakı pişiyin quyruğu görünür”. Paşinyan və onun komandası Qərbə yönəlik bəyanatlar səsləndirməklə həm Rusiyadan yeni yardımlar qopartmaq istəyir, həm də Avropa və ABŞ-dakı erməni diasporundan daha çox yardım almaq istəyir. Vəssəlam. “Dava yorğan davasıdır”. 
Bu belə olmasa idi dünən rəsmi İrəvan xəbər yaymazdı ki, Azərbaycanla imzalanacaq sülh sazişinin layihəsi hazırdır. Burda isə məşhur atalar sözü yada düşür. “İtə deyirlər: “niyə hürürsən?” Deyir ki, “qorxuduram”. Deyirlər:” bəs quyruğunu niyə bulayırsan? Deyir ki, “qorxuram, axı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin