Ermənistan yeni müharibəyə hazırlaşır? – Hərbi ekspertlərin ŞƏRHİ

Hazırda oxunan: Ermənistan yeni müharibəyə hazırlaşır? – Hərbi ekspertlərin ŞƏRHİ

96667

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtlif çaplı atıcı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.

Hadisələrin bu cür cərəyan etməsi Ermənistanın Cənubi Qafqazda sülhü ləngitməsi fonunda üçtərəfli formatda təşkil olunan Brüssel danışıqlarına da əsas zərbə vuran tərəf olduğunun göstəricisidir.
Maraqlıdır Ermənistanda xüsəsən də müxalif cəbhələr tərəfindən səsləndirilən revanş cəhdləri nədən xəbər verir? Hazırkı hərbi-siyasi rəhbərliyin tez-tez dəyişən mövqeyi, imzaladığı 10 noyabr bəyanatındakı öhtəlikləri yerinə yetirə bilməməsi yeni bir müharibənin başlamasına səbəb ola bilərmi?

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə Azərbaycan-Ermənistan arasında yeni bir müharibənin başlaması fonunda hadisələrin inkişafı Azərbaycandan asılı deyil, lakin Azərbaycanın son qarşıdurmalarda sərgilədiyi hərbi-taktiki gedişlər çox uğurludur:

“Əgər Ermənistan tərəfi təxribatlarına davam edərsə, Azərbaycan tərəfindən tezliklə ona adekvat cavab veriləcək. Ermənistan bu minvalla yeni ərazi itkiləri ilə qarşılaşmalı olacaq. Azərbaycanın seçdiyi taktika bundan ibarətdir ki, öncə Ermənistan tərəfinin atəşkəsi pozan mövqeləri darmadağın edilir və şəxsi heyyəti məhv edilir.

Daha sonra isə Azərbaycan ordusu tarixi torpaqlarımızda olan mövqelərdə yerləşir.Nəhayətdə isə bu ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalandırılır.Bu çox uğurlu bir əks hücum taktikasıdır və tez bir zamanda öz effektini göstərəcək”.

Bizim.Media-nın sorğusuna qoşulan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Ermənistanın sakitləşmək fikri yoxdur:

“Bəzi ölkələrin dəstəyinə güvənərək Ermənistan sərhəddə ardı-arası kəsilməyən təxribatlar törədir. Ordumuz Ermənistanı cəzalandırmağa hazır vəziyyətdədir. Ermənistan təxribat törədən kimi Amerika və Fransanın üstünə qaçaraq özünü yazıq və əzilən tərəf kimi göstərir.
Düşünürəm ki, burada başqa bir səbəb axtarmaq lazım deyil və bu sadəcə qarşı tərəfin xisləti ilə bağlıdır. Çünki birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 faizini işğal etdikləri halda özlərini dünyaya yazıq kimi qələmə verirdilər. İşğalçı olduqlarını ört-bas etmək üçün tez-tez Qondarma Erməni Soyqrımını gündəmə gətirirdilər.

İndi biz öz torpaqlarımızı azad edəndən sonra isə Qondarma Soyqrım iddialarını unudub Azərbaycana işğalçı adını yamamaq istəyirlər, lakin dünya hər şeyi görür və bilir. Nəzərə alsaq ki, Ermənistan Hindistandan son vaxtlar 250-270 milyon dollar dəyərində silahlar alır, demək ki, qarşı tərəf müharibə xülyasından əl çəkməyib.
Ona görə də, Azərbaycan Ermənistanın bundan sonrakı təxribatları 260 km civarında deyil, 120 km məsafədə törədəcəklərinə hazır olmalıdır. Bir sözlə işimizi möhkəm tutmalıyıq. Atalar demişkən “Ehtiyat igidin yaraşığıdır””.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin