Gürcüstanda ermənilərin 30 yük maşını darmadağın edildi - VİDEO

Hazırda oxunan: Gürcüstanda ermənilərin 30 yük maşını darmadağın edildi - VİDEO

9653

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, yanvarın 25-nə keçən gecə Gürcüstanın Marneuli ərazisindən keçən erməni tırlarına naməlum şəxslər daşla hücum edib. 

Nəticədə 30-a yaxın yük maşınının ön və yan şüşələri qırılıb. Hadisəni törədən şəxslər hadisə yerindən qaçıblar.

Daha sonra yük maşınlarını polis patrululları Ermənistan sərhədinə qədər müşayət ediliblər.

Ermənistanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətindən bildirildiyi kimi, hadisə gecə yarısından sonra baş verib. 

Hadisə ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi başladılıb.

Burada da erməni təxribat maşını yalan məlumat yaymaq üçün fəaliyyətə başlayıb. Erməni mətbuatı guya bu hadisənin azərbaycanlılar tərəfindən törədildiyini yazıb. 

Məsələnin gecə satlarında baş verməsi isə bəzi mətləblərin bir az da qaranlıqlaşdırır. Bunun Qarabağda davam etməkdə olan sülh prossesinə zərbə kimi dəyərləndirən ekspertlər, hadisədə təxribatçı qüvvələrin əlinin olduğu fikirindədirlər. 

Bu iş məhz erməni kəşfiyyat orqanları ilə yerli erməni sakinlərin birgə hazırladığı plan kimi xarakterizə edilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan xarici işlər naziri Gürcüstana səfər etmişdi. Görüşlərdə bəzi pərdəarxası məsələlərin olması haqda məlumat da yayılmışdı.

Vüsalə Balayeva, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin