Türkiyə Milli Təhlükəsizlik Şurası Ermənistanın son təxribatlarını pisləyib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Şuranın iclasının yekununa dair məlumatda bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası KEÇİRİLİR
“Ermənistan Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərinə görə pislənilib və Ermənistan rəhbərliyinə ona verilən sülh fürsətindən istifadə etmək, eləcə də bütün razılaşma öhdəliklərini yerinə yetirmək məsuliyyəti xatırladılıb", - deyə qeyd edilib.
Həmçinin bildirilib ki, iclasda davamlı sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək ifadə edilib.
Bizim.Media