Rusiyadakı səfərbərlik orada işləyən azərbaycanlılara necə təsir edəcək? – Ekspertlərin ŞƏRHİ

Hazırda oxunan: Rusiyadakı səfərbərlik orada işləyən azərbaycanlılara necə təsir edəcək? – Ekspertlərin ŞƏRHİ

95842

Rusiya prezidenti Vladimir Putinin ölkədə qismən hərbi səfərbərlik elan etməsi birmənalı və məmnunluqla qarşılanmayıb. Əksinə prezidentin bu qərarı Rusiyada kütləvi narazılıqla qarşılanıb. Son qərardan narazı qalan əhalinin artıq Rusiyadan xarici ölkələrə kütləvi axın başlayıb. Nəzərə alaq ki, Rusiyada 100 minlərlə soydaşımız yaşayır, işləyir. 

Bəs Rusiya prezidentinin son qərarı soydaşlarımızın kütləvi şəkildə Azərbaycana dönməsinə səbəb ola bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında azərbaycanlılar üçün bu qərarın az əhəmiyyət kəsb etdiyini söylədi:
 

MÖVZU İLƏ BAĞLI:

Səfərbərlik elan edildikdən sonra Rusiyanı neçə min nəfər tərk edib?


“Hələlik azərbaycanlıların kütləvi şəkildə Rusiyadan geri dönmə ehtimalı yoxdur. Çünki, Rusiyadakı soydaşlarımızın bir çoxunun vətəndaşlığı yoxdur. Vətəndaşlığı olmadan yaşayanlara da bu səfərbərliyin aidiyyatı yoxdur.

Vətəndaşlığı olan soydaşlarımızın bəzisi ola bilsin ki, səfərbərliyə cəlb olunsun. Amma nəzərə alaq ki, onların əksəriyyətinin hərbi təcrübəsi də yoxdur. Bu da faktdır. Ona görə də soydaşlarımız üçün indiki halda elə bir təhlükə gözlənilmir. Bu daha çox gələcəkdə baş verə bilər.
Birdə ki, Rusiyada yaşayan azərbaycanlılar ölkəmizə dönməkdə maraqlı deyillər. Çünki, iş yerləri ilə bağlı problemlər var. Ona görə də soydaşlarımız bütün hallarda Rusiyada qalmağa daha çox üstünlük verirlər”.

Daha bir iqtisadçı Eldəniz Əmirov isə bildirdi ki, Rusiyada baş verənlər az və çox dərəcədə Azərbaycana təsir edəcək. Amma bu təsirdən dolayı azərbaycanlıların kütləvi şəkildə Rusiyanı tərk edəcəyini söyləmək düzgün deyil:

“Birincisi nəzərə alaq ki, Rusiyada yaşayan 2 milyondan artıq soydaşımızın 1.5 milyonu artıq oranın vətəndaşı kimi yaşayır. 500-600 min azərbaycanlı isə vətəndaşlıq olmadan orda yaşayıb, işləyir.

Rusiya vətəndaşlığı olanların böyük əksəriyyətinin Azərbaycanla əlaqələri demək olar ki, kəsilib. Onlar heç bir halda geri dönməyəcək. Müvəqqəti yaşayan soydaşlarımız da geri dönməyəcək. Çünki, onlar səfərbər olunmayacaqlar. Bunlar da ildə Azərbaycana təxminən 1.6-1.7 milyard manat vəsait göndərir. Bax, göndərilən bu vəsaitin azalması gözlənilir”. 

Eldəniz Əmirov onu də əlavə etdi ki, əksinə bu vəziyyət Rusiyada yaşayan soydaşlarımız üçün əlavə imkanlar açacaq. İndiki vəziyyətdə Rusiyada qalıb öz vəaliyyətlərini davam etdirənlər uzaq perspektivdə çox şey qazanacaqlar:

“Rusiyada baş verənləri Azərbaycan üçün problem hesab etmirəm. Əksinə, düşünürəm ki, yaxın və uzaq dövr üçün Rusiyada baş verənlər Azərbaycanda müəyyən iqtisadi problemlər yaradarsa belə, uzaq perspektivdə Azərbaycana və azərbaycanlılara bunun faydası daha çox olacaqdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin