Ermənilər Rusiyadan kütləvi şəkildə qaçır – Gürcüstan sərhədi bağlamağa MƏCBUR OLDU

Hazırda oxunan: Ermənilər Rusiyadan kütləvi şəkildə qaçır – Gürcüstan sərhədi bağlamağa MƏCBUR OLDU

95557

Rusiya özünün Gürcüstanla olan sərhədini dünən gecə saatlarından başlayaraq qismən qapadıb. Sərhəd-keçid məntəqələrinə yalnız yerli əhali və yük maşınları buraxılır. 

Sərhəd-keçid məntəqəsinin qismən qapadılması isə konkret səbəbi var. Rəsmi məlumatlara görə Rusiyada qeydiyyatda olan 2 milyondan çox erməni yaşayır.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra həmin ermənilərin tam əksəriyyəti müxtəlif yollarla Rusiyadan qaçmağa başlayıb. Ruben Vardanyan kimi milyarder öz varidatnı xilas etmək üçün hətta Rusiya vətəndaşlığından imtina etdi. Digər ermənilərsə ən azı canlarını müharibədən qurtarmağa çalışır. 

Bir neçə gün əvvəl Rusiyada kütləvi səfərbərlik elan edildikdən sonra bütün erməni kişiləri bu ölkədən qaçmağa başlayıb. Ermənilər əsasən quru yolla Rusiyadan qaçmağa çalışır. Bu isə Vladiqafqazdan başlayaraq Gürcüstan sərhədinə qədər böyük tıxaca səbəb olub. Yollardakı tıxac yerli strukturların və əhalinin fəaliyyətini iflic edib. Ona görə də Rusiya höküməti Gürcüstanla sərhəddə məhdudiyyətlərin tətbiqinə başlayıb.

Bizim.Media "Кавказ.Реалии" informasiya mərkəzinə istinadən xəbər verir ki, sentyabrın 23-də gecə saat 03:30 radələrində Vladiqafqaz şəhərində, Moskva və Kosta prospektlərinin kəsişməsində post yaradılıb və yol polisi nəqliyyatın hərəkətini dayandırıb. 

“Hüquq-mühafizə orqanlarının əməkdaşları “Yuxarı Lars” gömrük-keçid məntəqəsi qarşısında bir neçə kilometr tıxac olduğu üçün avtomobilləri sərhəddə buraxmırlar. Məlumata görə, sərhəd keçid məntəqəsinə yalnız yerli dövlət nömrə nişanlı avtomobillər buraxılır, bu səbəbdən də bəziləri Gürcüstan sərhədinə piyada, skuter, velosipedlə gedir və ya onları sərhədə avtomobillə aparmaq üçün yerli sakinlərə pul ödəyirlər”.

Maskva-İrəvan aviabiletlərinin məhdud və baha olması, üstəlik hava limanında davamlı şəkildə aparılan yoxlamalar erməniləri Gürcüstan üzərindən avtonəqliyyat vasitələri ilə Ermənistana getməyə sövq edib.

Lakin, on minlərlə erməni axınını daşımağa heç avtomobil yolları da tab gətirməyib. Yerli hökümət çıxış yolu kimi Gürcüstan istiqamətə gedən bütün yolları bağlayıb. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin