“Bu müharibədə Azərbaycan əsgəri öz Vətənini müdafiə edib”.
Bizim.Media xəbər verir ki, bunu erməni əsilli tarixçisi və tədqiqatçı Filipp Ekozyans sosial media hesabında video paylaşımında deyib.
Qarabağda ədalətin qalib gəldiyini deyən tarixçi ,müharibənin bitməsinin erməni xalqı üçün də imkanlar yaratdığını söyləyib:
“Artıq onlar tamamilə başqa bir həyata başlaya bilərlər. Çünki bundan sonra erməni xalqı başqasının ərazisini artıq yük kimi çiyinlərində daşımalı olmayacaq.
Ekozyans vurğulayıb ki, erməni tarixi böyük saxtakarlığa söykənir və Ermənistan hərbçiləri də bu uydurmaların qurbanı olub:
“Erməni hərbçiləri və könüllüləri düşünürüdülər ki, onlar da “vətənlərini qoruyurlar”. Onlar bu fikirlərə öldülər. Sadə insanlar üçün həqiqətin harada olduğunu və harada gizləndiyini anlamaq çox çətindir. Bu uzun bir prosesdir və Qarabağ müharibəsində həlak olan erməni hərbçiləri heç vaxt o həqiqəti bilməyəcəklər. Mən demək istəyirəm ki, erməni tarixi bizim bildiyimiz kimi deyil".
"Həqiqət kənarda qalıb. Heç bir Ermənistan dövləti, Böyük Ermənistan olmayıb. Erməni əsgərləri yad ərazidə həlak olbular. Bu adamlarda günha yox idi. Onlar böyük bir yalanın qurbanı oldular”
Onun sözlərinə görə, günahkarlar illərdir bu yalanı bu xalqın qəlbinə və beyninə yeridən dırnaqarası tarixçilər və siyasətçilərdir.
Erməni əsilli tarixçi Azərbaycanı qələbə münasibəti ilə də təbrik edib. Ümidvar olduğunu bildirib ki, ermənilərin əksəriyyəti öz sağlığında tarixlərini öyrənəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Region
14:21 / 24.01.2021
"Azərbaycan əsgəri öz Vətənini müdafiə edib" - Erməni tarixçi
Hazırda oxunan: "Azərbaycan əsgəri öz Vətənini müdafiə edib" - Erməni tarixçi
Hazırda oxunan: "Azərbaycan əsgəri öz Vətənini müdafiə edib" - Erməni tarixçi
9508
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.