Ermənistan bankları "Mir" ödəniş kartlarından istifadəni dayandırdı

Hazırda oxunan: Ermənistan bankları "Mir" ödəniş kartlarından istifadəni dayandırdı

95018

Ermənistan bankları "Mir" ödəniş sistemi kartlarından istifadəni dayandırıb.

Bizim.Media "rbc.ru"ya istinadən xəbər verir ki, onların sahibləri bankomatlarda nağd pul çıxara və ya pərakəndə satış məntəqələrində ödəniş edə bilməzlər.

Ermənistan Mərkəzi Bankı isə məsələni şərh edərkən bildirib ki, bankların "Mir" kartlarına xidmət göstərilməsi ilə bağlı müstəqil qərar qəbul etmək hüququ var. 

Tənzimləyicinin bəyanatına görə, kommersiya bankları öz risklərini, o cümlədən ikinci dərəcəli sanksiyalarla bağlı riskləri müstəqil şəkildə idarə edirlər.

“Dəyişikliklərlə əlaqədar olaraq, kommersiya bankları göstərdikləri xidmət şərtlərində dəyişiklik olduqda müştərilərə müəyyən edilmiş qaydada məlumat verəcəklər”, - məlumatda deyilir. 

Xatırladaq ki, bundan əvvəl Türkiyənin “İş Bankası” və “Deniz Bank”, Qazaxıstanın “Halyk Bank”ı və Vyetnamın “BIDV” bankları tərəfindən “Mir” kartlarına xidmətin dayandırıldığı açıqlanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin