Rusiyada səfərbərlik əleyhinə ümumxalq mitinqi elan olundu

Hazırda oxunan: Rusiyada səfərbərlik əleyhinə ümumxalq mitinqi elan olundu

94978

Rusiyanın “Bahar” gənclər demokratik hərəkatı prezident Vladimir Putinin bu gün elan etdiyi qismən səfərbərliyə qarşı çıxıb və etiraz aksiyası keçirməyi planlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “vchaspik.ua” saytında yer alıb.

Hərəkatın fəalları vətəndaşları sentyabrın 21-i saat 19:00-da yaşadıqları şəhərin mərkəzinə toplaşmağa çağırır.

"Bu, o deməkdir ki, minlərlə rus kişisi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınına atılacaq. Onlar nə üçün öləcəklər? Analar və uşaqlar nə üçün göz yaşı tökəcəklər? Putinin sarayı üçün?

İndi müharibə həqiqətən hər evə, hər ailəyə gələcək. Əvvəllər hakimiyyət deyirdi ki, yalnız “peşəkarlar” döyüşür və onlar qalib gələcəklər. Məlum oldu ki, onlar qalib gəlmirlər. Artıq məhbusları da cəbhəyə cəlb etməyə başladılar. İndi də səfərbərlik elan olunub.
Beləliklə, vəziyyət son dərəcə çətindir. Müharibə artıq "uzaqda" deyil, ölkəmizə, evlərimizə gəlib. Və onlar Rusiyanı dəhşətli qırğına, təcrid və yoxsulluğa sürükləyən Putin rejiminin səhvlərini düzəltmək üçün ölməlidirlər...”, - bəyanatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin